Müəllim · Təlimçi · Təhsil təşəbbüskarı

Haqqımızda

Müəllimləri yalnız daha yaxşı dərs deməyə deyil, daha böyük imkanlara hazırlayıram.

Mən Tural Qüvvətli — riyaziyyat və fizika müəllimi, müəllim təlimçisi və GUVVATLI Center-in təsisçisiyəm. Tədrisdə dərin biliyi, aydın izahı və nəticə verən sistemi bir araya gətirirəm.

İxtisas İngiliscəsi, Calculus, Olimpiada Riyaziyyatı, SAT, süni intellekt və beynəlxalq kurikulumlar üzrə proqramlarla müəllimlərin biliklərini sinifdə və karyerada real üstünlüyə çevirməsinə kömək edirəm.

Tural Qüvvətli müəllimlər üçün Pro Teachers Workshop təlimində
Pro Teachers Workshop · canlı təlim
400+Təlim iştirakçısı
100+İngiliscə tədrisə keçən müəllim
50+İş görüşməsinə dəvət alan müəllim

Tədrisdən sistemə

Əgər başmaqçı kamil sənətkar olmasa, dövlət bundan o qədər də zərərdidə olmaz, camaat pis ayaqqabı geyər vəssalam. Amma uşaqların müəllimləri öz borclarını ləyaqətlə ödəməsələr məmləkətdə cahil və yaramaz adamlardan ibarət böyük bir nəsil peyda olar.

Missiyam müəllimin bilik, dil, metodika və texnologiya imkanlarını birləşdirərək onu beynəlxalq səviyyədə rəqabətədavamlı etməkdir. Hər proqramı nəzəri məlumat toplusu kimi deyil, sinifdə dərhal işləyən praktik inkişaf sistemi kimi qururam.

RiyaziyyatFizikaİxtisas İngiliscəsiSATOlimpiadaAI və avtomatlaşdırma

İş prinsipim

Güclü müəllimlik üç dayağın üzərində qurulur.

Dərin bilik

Mövzunu sadəcə həll etmək deyil, onun məntiqini görmək və aydın izah etmək.

Praktik sistem

Təlimdə öyrəniləni elə növbəti dərsdə tətbiq edilə bilən iş modelinə çevirmək.

Ölçülə bilən nəticə

Daha güclü dərs, daha inamlı müəllim və daha geniş karyera imkanları yaratmaq.

Birlikdə daha güclü müəllim karyerası quraq.

Təlim, əməkdaşlıq və fərdi inkişaf üçün müraciətinizi göndərin.